Rusiya həmişə hesab edib ki, Cənubi Qafqazın bütün problemli məsələləri həll edilməlidir və bu, uzunmüddətli perspektivdə həyata keçirilməlidir.
"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
"Rusiyanın mövqeyi dəyişməyib və indi biz açıq şəkildə bəyan edirik ki, tərəflərə lazımi formada və həcmdə yardım göstərməyə hazırıq. Cənubi Qafqazda baş verənlər bizim üçün böyük əhəmiyyət kəsb edir", - o bildirib.