İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Somalilendi müstəqil və suveren dövlət kimi rəsmi surətdə tanıdığını elan edib.
"Report" xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanasının "X" hesabında dərc olunmuş bəyanatda deyilir.
"Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilendin prezidenti (Abdirahman Mohamed Abdullahi) birgə bəyannamə imzalayıblar", - məlumatda qeyd olunub.
"İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə Somalilendlə əlaqələrini dərhal genişləndirməyi planlaşdırır", - məlumatda bildirilib.
Qeyd edək ki, Somalilend 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib və o vaxtdan bəri suveren müstəqil dövlət kimi tanınmağa çalışır. Lakin indiyə kimi heç bir ölkə və ya beynəlxalq təşkilat bu addımı atmayıb. Dünya birliyi Somalilendi Somalinin bir hissəsi kimi tanıyır.