IMG-LOGO

Tramp və Navrotski Polşanın G20 qrupunun işində iştirakını müzakirə ediblər

26 Dec 2025 19:26 2 baxış
IMG

Polşa və ABŞ prezidentləri Karol Navrotski ilə Donald Tramp ikitərəfli münasibətlərə və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə həsr olunmuş telefon danışığı aparıblar.

"Report" xəbər verir ki, bu barədə Polşa Prezidentinin ofisi məlumat yayıb.

"Prezidentlər transatlantik əlaqələrin vəziyyətini, Ukraynada davam edən müharibə fonunda regionda təhlükəsizlik məsələlərini, xüsusilə də sülh danışıqlarındakı irəliləyişi müzakirə ediblər", - məlumatda qeyd edilib.

Bundan başqa, Polşanın G20 qrupunun işində iştirakı, Polşa-ABŞ iqtisadi əməkdaşlığı və enerji məsələləri də müzakirə olunan mövzular arasında yer alıb.

Xəbər lenti