IMG-LOGO

İsveç enerji sisteminin möhkəmləndirilməsi üçün Ukraynaya on milyonlarla avro yardım edib

26 Dec 2025 20:04 2 baxış
IMG

İsveçin Beynəlxalq İnkişaf Agentliyi (SIDA) Ukraynanın Enerji Dəstək Fonduna 63,82 milyon avro köçürüb.

"Report" xəbər verir ki, bu, Energetika Nazirliyinin teleqram kanalında yayılan bəyanatda yer alıb.

Məlumata görə, indi SIDA-nın Fonda ümumi töhfəsi 203,08 milyon avro təşkil edir. 44,68 milyon avro nüvə təhlükəsizliyinin təmin edilməsi üçün ayrıca xüsusi hesaba daxil olub.

Energetika Nazirliyinin bəyanatında qeyd edilib ki, İsveçin maliyyə yardımı generasiya layihəsinin inkişafı üçün avadanlıq almağa imkan yaradıb. Söhbət Ukraynanın enerji çatışmazlığı ən yüksək olan bölgələrinin birindən gedir.

"Həmçinin SIDA-nın yardımı ilə "Ukrenergo" Milli Enerji Şirkəti, Xerson, Zaporojye və Çerniqov vilayətlərinin paylayıcı sistem operatorları üçün mühüm avadanlıqlar alınıb", - bəyanatda deyilib.

Xəbər lenti