İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Sevilya"nın braziliyalı müdafiəçisi Markaoya ağır cəza verib.
"Report"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, buna La Liqanın XVII turunda "Real"la matçdan sonra baş verənlər səbəb olub.
Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiya olunub.
Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. "Sevilya"nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.
Qeyd edək ki, "Real" - "Sevilya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.