Rusiya Belarusa "Su-30SM2" qırıcı təyyarələrinin növbəti hissəsini verib.
"Report" xəbər verir ki, bu barədə "BELTA" Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bu, bu sinif aviasiya texnikasına qoyulan bütün tələblərə cavab verən qırıcı təyyarədir. O təyyarədə uçmaq həqiqi xoşbəxtlikdir", - Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini - aviasiya rəisi Aleksandr Belyayevin deyib.
Təyyarələr aviabazada texniki baxışdan keçəcək və iki həftə ərzində istismara veriləcək. "Bu sonuncu partiya deyil. Gələcəkdə yeni texnika daxil olacaq, hava sərhədlərimizin müdafiəsi artacaq", - A.Belyayev əlavə edib.