Azərbaycanın 2025-ci ildə beynəlxalq təşkilatlarda irəli sürdüyü 14 namizədliyin hər birində qələbə əldə olunub.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, 2025-ci ildə Azərbaycanın beynəlxalq təşkilatlarda irəli sürdüyü 14 namizədliyin hər biri uğurla nəticələnib:
"Bu, Azərbaycan beynəlxalq nüfuzunun artması ilə bilavasitə bağlıdır".