Azərbaycan 2025-ci ildən etibarən, bir sıra ölkələrə investisiyalar yatıraraq enerji layihələrində pay sahibi olub.
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji ixracını əhəmiyyətli şəkildə genişləndirib:
"Bu ilə qədər biz bir sıra ölkələrə enerji məhsulları ixrac edirdik. 2025-ci ildən etibarən isə artıq bir çox ölkələrə investisiya yatıraraq şirkətlərdə, layihələrdə pay sahibi olduq. Bu, Azərbaycanın iqtisadi və enerji diplomatiyasına yeni rəng qatır".