Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna çempionatın XVI turunda yaşananlar səbəb olub.
"Kəpəz" "Turan Tovuz"la oyunda meydana kənar şəxslərin daxil olmasına görə 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 7000 manat cərimələnib.
"Karvan-Yevlax" isə "Neftçi" ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. Həmin matçdan sonra meydana kənar şəxslərin daxil olması ucbatından bölgə klubu 5000 manat cərimə edilib. "Neftçi" azarkeşləri isə oyunun sonlarında meydana kənar əşya atıblar və "ağ-qaralar"ı 4000 manat ziyana salıblar. Paytaxt komandasının tərəfdarları qarşılaşma bitəndən sonra rəqibin avtobusuna zərər vurublar və dəymiş zərər rəqib tərəfindən qarşılanacaq.
"Araz-Naxçıvan" 2000 manat cərimələnib. Buna "Şamaxı" ilə dueldə Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəb olub.
"Sumqayıt" isə "Sabah"la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəcəyəcək.