Bakıda 3 meyit tapılıb.
Lent.az-ın məlumatına görə, 56 yaşlı Liliya Əli qızı Ağaəliyevanın meyiti Nəsimi rayonu, 80 yaşlı Sartib Cabbar oğlu İsmayılovun meyiti isə Yasamal rayonu ərazisində küçədə aşkarlanıb.
Bundan əlavə, 60 yaşlı Valeriy Nikolayeviç Belodedovun meyiti isə Xətai rayonu Xudu Məmmədov küçəsindəki yaşadığı evdə tapılıb.
Meyitlərin üzərində zorakılıq əlamətləri olmayıb. Onların hər üçünün ölüm səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr