IMG-LOGO

"İnter" xorvatiyalı futbolçunu heyətinə qatmaq üçün danışıqlar aparır

26 Dec 2025 12:02 4 baxış
IMG

İtaliyanın "İnter" klubu Xorvatiya təmsilçisi "Hayduk"da çıxış edən futbolçu Branimir Mlaçiçi heyətinə qatmaq istəyir.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi 18 yaşlı müdafiəçinin keçidi üçün danışıqlar aparır.

Avropanın bir sıra aparıcı klubları da gənc oyunçu ilə maraqlandığından A Seriyası komandası danışıqları intensivləşdirib. İspaniyanın "Barselona", "Real" və Almaniyamın "Borussiya" (Dortmund) kollektivləri də Mlaçiçlə maraqlanır.

Qeyd edək ki, futbolçu cari mövsüm "Hayduk"da 18 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.

Xəbər lenti