IMG-LOGO

Azərbaycanın futbol hakimlərinin qış təlim-məşq toplanışı ölkə xaricində olacaq

26 Dec 2025 10:58 2 baxış
IMG

Azərbaycanın futbol hakimlərinin qış təlim-məşq toplanışı ölkə xaricində təşkil olunacaq.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.

O bildirib ki, ədalət təmsilçilərinin hazırlıq prosesi yanvarın 12-18-i aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq.

Qeyd edək ki, futbol hakimlərinin ötən mövsümdə də qış toplanışı Antalyada təşkil olunmuşdu.

Xəbər lenti