IMG-LOGO

"Qarabağ"ın rəqibi ötən mövsüm azarkeşlərinə görə ən çox cərimələnən klublardan olub

26 Dec 2025 09:15 5 baxış
IMG

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Ayntraxt" (Almaniya) 2024/2025 mövsümündə azarkeşlərin davranışlarına görə ən çox cərimələnən klublardan olub.

"Report"un "Kicker"ə istinadən məlumatına görə, Frankfurt komandası Almaniya Futbol İttifaqı (DFB) tərəfindən ümumilikdə 764 min avrodan çox cərimələnib.

"Ayntraxt" bu göstəricidə ikinci olub. DFB-nin ötən mövsüm ən çox cərimələdiyi klub isə "Köln"dür. Həmin vaxt II Bundesliqada çıxış edən eyniadlı şəhərin təmsilçisi 900 min avrodan çox ziyana düşüb. Ən çox cərimələnən üçüncü komanda isə "Hamburq" (623 min avrodan çox) olub.

Qeyd edəki ki, Almaniyada ötən mövsüm ümumilikdə 56 klub 12 milyon avrodan çox cərimələnib.

Xəbər lenti