IMG-LOGO

Altıqat Almaniya çempionu "Napoli"yə keçə bilər

26 Dec 2025 09:03 5 baxış
IMG

"Bavariya" klubunun heyətində 6 dəfə Almaniya çempionu olan Leon Qoretska İtaliya təmsilçisi "Napoli"yə transfer oluna bilər.

"Report" "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, hazırkı ölkə çempionu 30 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlanır.

Münhen komandasının yanvarda onu satmaq ehtimalı azdır. Buna baxmayaraq, almaniyalı futbolçunun klubla müqaviləsinin müddəti yayda başa çatacaq.

Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"da oynayır.

Xəbər lenti