Serbiyanın NIS neft-qaz şirkəti və Macarıstanın MOL şirkəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müraciət edib.
"Report" Serbiyanın RTS portalına istinadən xəbər verir ki, bunu Serbiyanın mədən işləri və energetika naziri Dubravka Jedoviç-Handanoviç bildirib.
Onun sözlərinə görə, Serbiya və Macarıstan hökumətləri MOL-un NIS-dəki rusiyalı səhmdarların payını əldə etməsi ilə bağlı danışıqları, həmçinin şirkətə qarşı sanksiya rejiminin yumşaldılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyiblər.
Nazir xatırladıb ki, OFAC bundan əvvəl NIS səhmdarlarına Rusiya payının satışı ilə bağlı danışıqlar aparmağa imkan verən lisenziyanın müddətini 24 mart tarixinədək uzadıb. Əvvəlki lisenziya isə bu prosesi 13 fevral 2026-cı ilədək məhdudlaşdırırdı.