IMG-LOGO

İngiltərə klubunun sabiq futbolçusu vəfat edib

25 Dec 2025 20:30 6 baxış
IMG

İngiltərənin "Nottinqem Forest" komandasının heyətində ikiqat Avropa Kubokunun (indiki Çempionlar Liqası) qalibi olan şotlandiyalı Con Robertson 72 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Robertson müxtəlif vaxtlarda iki dəfə "Nottinqem Forest"də çıxış edib. O, həmçinin bir dəfə İngiltərə Premyer Liqası və UEFA Super Kubokunu qazanıb.

Xəbər lenti