IMG-LOGO

Norveç millisinin üzvü "Mançester Siti"dən ayrılmağı düşünür

25 Dec 2025 16:19 5 baxış
IMG

Norveç millisinin futbolçusu Oskar Bobb İngiltərənin "Mançester Siti" klubundan ayrılmağı düşünür.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin az forma şansı əldə etməsi səbəb olub.

"Şəhərlilər" "Bornmut"un vingeri Antuan Semenyonu transfer etsə, Oskar Bobb başqa komandaya keçməyi tələb edəcək.

Almaniyanın "Borussiya" (Dortmund) klubu oyunçu ilə maraqlanır.

Qeyd edək ki, norveçli futbolçunun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti