IMG-LOGO

Səfir: Azərbaycan hökumətinin Efiopiyanın Bakıda səfirlik açması xahişi hökumətimizə çatdırılıb

25 Dec 2025 15:22 3 baxış
IMG

Azərbaycan Efiopiya üçün çox vacib bir ölkədir və gələcəkdə Bakıda səfirlik açmaq barədə düşünülə bilər.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində İqamətgahı Ankara yerləşən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud deyib.

O qeyd edib ki, yeni səfirlik açmaq üçün əhəmiyyətli maliyyə və inzibati resurslar tələb olunur:

"Hazırda Ankarada altı ölkəyə - Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Gürcüstan və Bolqarıstana cavabdehəm. Azərbaycan hökuməti rəsmi olaraq Efiopiyadan Bakıda səfirlik açmağı xahiş edib. Bu xahiş hökumətimizə çatdırılıb və təsdiq verildikdən sonra bu məsələdə irəliləyiş gözləyirik".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Xəbər lenti