IMG-LOGO

Paşinyan: Ermənistan heç vaxt "Tramp marşrutu" kimi genişmiqyaslı layihələrlə işləməyib

25 Dec 2025 15:38 4 baxış
IMG

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan hələ heç vaxt "Tramp Marşrutu" (TRIPP) kimi genişmiqyaslı layihələrin həyata keçirilməsində iştirak etməyib.

"Report" xəbər verir ki, Baş nazir həmçinin qeyd edib ki, belə böyük layihələrin həyata keçirilməsi zamanı "aydınlaşmamış məsələlər" ortaya çıxır.

"Bizim problemimiz ondadır ki, əvvəllər biz kiçik layihələrlə məşğul olurduq. Böyük layihələrə öyrəşməmişik, onların xüsusiyyəti ondadır ki, həmişə aydınlaşmamış məsələlər qalır. Bir məsələ həll edildiyi zaman, daha dörd məsələ ortaya çıxır və beləcə davam edir", - deyə Paşinyan konkret nümunələr gətirmədən qeyd edib.

O həmçinin bildirib ki, İrəvan və Vaşinqton TRIPP layihəsinin strateji çərçivəsini təsvir edən sənədin hazırlanması mərhələsindədir.

Onun sözlərinə görə, bu sənədin reallaşdırılmasının ilk mərhələsi dəmir yolunun tikintisi olacaq.

"Mənim proqnozum əvvəlki kimidir. "Tramp Marşrutu"nun praktiki həyata keçirilməsinə 2026-cı ilin ikinci yarısında başlayacağıq", - Baş nazir deyib.

Xəbər lenti