IMG-LOGO

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb

25 Dec 2025 15:43 5 baxış
IMG

Bu ilin dekabr ayının 25-nə qədər Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor Qurban Yetirmişli AMEA-nın Yer Elmləri bölməsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, sözügedən dövrdə Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkan qeydə alınıb:

"Onlardan 75-i maqnitudası 3-dən yuxarı olanlardır. Seysmik stansiyalar tərəfindən isə il ərzində 2400 yeraltı partlayış qeydə alınıb".

Xəbər lenti