IMG-LOGO

"Araz-Naxçıvan" Qara Qarayevlə yolları ayırıb

25 Dec 2025 15:43 6 baxış
IMG

"Araz-Naxçıvan" klubu Qara Qarayevlə yolları ayırıb.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Müraciəti nəzərə alan klub rəhbərliyi xidmətlərinə görə ona təşəkkür edib. Futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "Araz-Naxçıvan"ın heyətində çıxış edirdi.

Xəbər lenti