IMG-LOGO

"Zaqatala"nın baş məşqçisi: "Məlumat yetərsizliyi səbəbindən legioner limitini pozduq"

25 Dec 2025 15:44 4 baxış
IMG

"Zaqatala" klubunun Azərbaycan I Liqasının XI turunda MOİK-lə keçirilən matçda legioner limitini pozması məlumat yetərsizliyi səbəbindən baş verib.

Bu barədə "Report"a bölgə kollektivinin baş məşqçisi Rüstəm Məmmədov bildirib.

O, sözügedən qarşılaşmada baş verən ciddi qayda pozuntusu barədə danışıb:

"Həmin görüşdə əcnəbi futbolçularımızdan Habibu Abdurəşid qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldı. Belə olan halda meydanda 2 legioner futbolçumuz qaldı. Biz orada olan rəsmi şəxslərdən, hakim-inspektordan da soruşduq ki, hazırda meydana başqa legioner futbolçu sala bilərik? Onlar bizə "bilmirik" cavabını verdilər. Komanda onsuz da uduzurdu, elə oldu ki, digər legioner - Matondo Lumbu Preddini meydana buraxdıq. Qarşılaşma başa çatdıqdan sonra məlum oldu ki, qaydanı pozmuşuq. Biz məlumat yetərsizliyi səbəbindən belə hal yaşadıq".

Qeyd edək ki, AFFA İntizam Komitəsi "Zaqatala"ya legioner limitini pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verib, 1200 manat cərimələyib.

Xəbər lenti