Pakistan təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Kalat rayonunda həyata keçirdiyi kəşfiyyat əməliyyatı zamanı 8 terrorçu öldürülüb.
"Report" "Geo News"a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
"Şiddətli atışmadan sonra Hindistanın maliyyələşdirdiyi 8 terrorçu öldürülüb", - məlumatda deyilir.
Yaraqlılardan silah, sursat və partlayıcı maddələr müsadirə edilib.
Qurum qeyd edir ki, hazırda ərazinin digər terrorçulardan təmizlənməsi üçün əməliyyatlar aparılır.