IMG-LOGO

Cinayətkarlıq və hüquqpozmalar üzrə rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq

25 Dec 2025 13:39 5 baxış
IMG

Cinayətkarlıq və hüquqpozmalar üzrə rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

"Report" xəbər verir ki, bu, "Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Gözlənilən nəticə cinayətkarlıq və hüquqpozmalar statistikası üzrə inzibati məlumatlardan istifadənin səmərəliliyinin artırılması, statistika hesabatlarının sayının optimallaşdırılması, statistik yükün azaldılmasıdır.

Bununla bağlı Daxili İşlər, Ədliyyə, Maliyyə nazirlikləri və Dövlət Statistika Komitəsi icraçı orqanlar təyin edilib.

Xəbər lenti