IMG-LOGO

Çin Azərbaycanın beynəlxalq arenada fəal iştirakını alqışlayır

25 Dec 2025 12:11 2 baxış
IMG

Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sədrliyini dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Pekin həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyini dəstəkləyir.

Səfir qeyd edib ki, Çin Azərbaycanın beynəlxalq proseslərdə fəal iştirakını alqışlayır: "Bu onun dünya arenasında mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir, beynəlxalq nüfuzunu daha da artırır. Çin Azərbaycanla çoxtərəfli əməkdaşlığı genişləndirməyə də hazırdır", - deyə Lu Mey vurğulayıb.

Xəbər lenti