IMG-LOGO

Səfir: Gələn il Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq böyük potensiala malik olacaq

25 Dec 2025 12:27 4 baxış
IMG

2026-cı ildə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlərə və böyük potensiala malik olacaq.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

"Növbəti ildə Çin Azərbaycanla iki ölkənin liderləri arasında əldə edilmiş mühüm razılaşmalarını, "Kəmər və Yol" təşəbbüsünün birgə inkişaf etdirilməsini davam etdirəcək.

Eyni zamanda inkişaf strategiyalarının əlaqələndirilməsi, modernləşdirmə üçün imkanların yaradılması, iki ölkə xalqlarının rifahının yaxşılaşdırılması və bəşəriyyətin ortaq taleyə malik cəmiyyətinə doğru birgə irəliləmək üçün əməkdaşlığı davam etdirməyə hazırdır", - səfir qeyd edib.

Xəbər lenti