IMG-LOGO

Ermənistanda kilsə torpaqları təmənnasız əldə etmək hüququndan məhrum edilib

25 Dec 2025 12:58 3 baxış
IMG

Ermənistan hökuməti bu gün keçirilən iclasda Torpaq Məcəlləsinə Ermənistan Apostol Kilsəsini torpaq sahələrini təmannasız əldə etmək hüququndan məhrum edən düzəlişi təsdiqləyib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə iclasda ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

Hökumət bununla bağlı Torpaq Məcəlləsinə edilən düzəlişi təsdiqləyib.

Onun sözlərinə görə, dövlətin və icmaların mülkiyyətində olan torpaq sahələrinin məbədlərin və digər tikililərin inşası, həmçinin onlara xidmət göstərilməsi üçün kilsəyə pulsuz verilməsini nəzərdə tutan maddənin qüvvədən düşmüş hesab edilməsi təklif olunur.

Bununla yanaşı, Torpaq Məcəlləsində dövlətin və icmaların mülkiyyətində olan torpaqların Erməni Apostol Kilsəsinə pulsuz istifadəyə verilməsini tənzimləyən maddə saxlanılacaq.

Daha əvvəl Baş nazir Nikol Paşinyan kilsənin maliyyə şəffaflığının artırılmasının, o cümlədən əmlakdan istifadə məsələlərinin zəruriliyini dəfələrlə bəyan edib.

Xəbər lenti