Rusiya Silahlı Qüvvələrinin son 24 saat ərzində Xarkov vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Report"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
"Dörd yanğın söndürüblər. Hadisə yerlərində pirotexniklər, tibb işçiləri və xilasedicilər işləyiblər. Axşam saatlarında Xarkova atəş nəticəsində Şevçenko rayonunda bir obyekt yanıb, bir nəfər xəsarət alıb", - məlumatda qeyd edilib.
Qeyd edilib ki, daha bir yanğın zərbə dronunun anbar binasına düşməsindən sonra baş verib. Yanğın tez bir zamanda söndürülüb.