İspaniyanın "Atletiko" klubu Aleksandr Sörlotu satmağa hazırdır.
"Report"un xarici KİV-ə istinadən məlumatına görə, Madrid təmsilçisi 30 yaşlı hücumçu üçün 35-40 milyon avro istəyir.
Sörlot La Liqa klubunda 2024-cü ilin yayından forma geyinir. Norveçli futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 22 oyunda 5 qola və 1 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, A.Sörlotun "Atletiko" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.