IMG-LOGO

Sabirabadda körpü uçdu, kombayn sürücüsü öldü

25 Dec 2025 09:55 3 baxış
IMG
0 0

Sabirabadda kombayn kanala aşıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Sarxanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr körpü uçdu kombayn aşdı

Xəbər lenti