İngiltərənin "Tottenhem" klubu qış transfer dönəmində "Vasko da Qama"nın (Braziliya) yarımmüdafiəçisi Rayanı transfer etmək istəyir.
"Report" "O Dia"ya istinadən xəbər verir ki, A Seriyası klubu 19 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
"Tottenhem"in artıq bir neçə aydır diqqətlə izlədiyi Rayana İspaniyanın "Real" klubunun da maraq göstərdiyi və tələb edilən məbləği ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Rayan ötən mövsüm Braziliya A Seriyasında meydana çıxdığı 34 matçda 14 qola imza atıb.