IMG-LOGO

Türkiyədə TIR aşdı, Azərbaycan əsilli sürücü öldü

19 Nov 2023 20:57 162 baxış
IMG

Türkiyədə baş verən qəzada TIR aşıb.

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, Ərzurumun Tortum rayonunda noxud dolu yük maşınının aşması nəticəsində sürücü həlak olub.

Azərbaycan vətəndaşı 37 yaşlı V.N.-nin idarə etdiyi 35 ZA 114 nömrəli yük maşını Oltu-Törtüm avtomobil yolunun Aksu rayonu ərazisində idarəetməni itirərək aşıb.

Sürücü ilkin tibbi yardım göstərildikdən sonra Tortum Dövlət Xəstəxanasına aparılıb.

həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Mənbə: lent.az

Xəbər lenti