İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Union" (Berlin) komandasında çıxış edən futbolçu Dioqu Leytenin transferini nəzərdən keçirir.
"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçini yanvarda heyətinə qatmaq niyyətindədir.
Portuqaliyalı oyunçunun Berlin komandası ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Dioqu Leyte cari mövsüm Bundesliqada 11, Almaniya Kubokunda 2 matçda iştirak edib.