IMG-LOGO

Fransa qəzeti PSJ-nin rusiyalı qapıçısını ayın oyunçusu seçib

24 Dec 2025 20:40 6 baxış
IMG

Fransanın PSJ futbol klubunun rusiyalı qapıçısı Matvey Safonov "Le Parisien" qəzetinin jurnalistləri tərəfindən dekabr ayının ən yaxşı oyunçusu seçilib.

"Report" xəbər verir ki, bu barədə qəzetin rəsmi saytı məlumat veriB.

Dekabr ayında Paris təmsilçisinin heyətində 4 oyuna çıxan Safonov iki oyunda qapısını toxunulmaz saxlayıb.

O, komandasının "Flamenqo"nu (Braziliya) məğlub etdiyi Qitələrarası Kubok finalında penaltilər seriyasında dörd zərbəni dəf edib.

Safonov "Le Parisien" jurnalistlərindən orta hesabla 7,25 bal (maksimum 10 bal) alıb. Varren Zair-Emri ikinci (7 xal), Villian Paço isə üçüncü (6,31) olub. Gürcü futbolçu Xviça Kvaratsxeliya isə 6 xalla beşinci yeri tutub.

Xəbər lenti