IMG-LOGO

"Barselona" braziliyalı müdafiəçini transfer etmək istəyir

24 Dec 2025 17:25 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Nottinqem Forest"də çıxış edən futbolçu Murillonu transfer etmək istəyir.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, kataloniyalılar 23 yaşlı müdafiəçini almaqda maraqlıdır.

Komandanın baş məşqçisi Hans-Diter Flik braziliyalı oyunçunun keçidində israrlıdır.

Bundan əlavə, İspaniyanın "Real", Almaniyanın "Bavariya" və İngiltərənin "Çelsi" klubları da futbolçunu yaxından izləyir.

Qeyd edək ki, Murillo cari mövsüm bütün yarışlarda 16 oyunda 1 qol vurub. Onun "Nottinqem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti