IMG-LOGO

"Atletiko" Dieqo Simeone ilə yeni müqavilə imzalayacaq

24 Dec 2025 15:22 2 baxış
IMG
0 0

"Atletiko"nun rəhbərliyi argentinalı məşqçi Dieqo Simeone ilə əməkdaşlığını uzatmaq niyyətindədir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Atletiko"nun prezidenti Enrike Sereso, baş direktor Miqel Anxel Xil Marin və idman direktoru Mateu Alemani Simeonenin komanda üçün ən yaxşı seçim olduğunu düşünürlər.

Onun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Dieqo Simeone 2011-ci ilin dekabr ayından bəri "Atletiko"nun baş məşqçisidir və iki dəfə İspaniya çempionluğunu qazanıb.

Hazırkı İspaniya çempionatının 18-ci turundan sonra "Atletiko" 37 xalla üçüncü yerdədir.

 

Dieqo Simeone baş məşqçi "Atletiko" İspaniya La liqası

Xəbər lenti