IMG-LOGO

Ərindən gizli insan alveri ilə məşğul olan Nilufər Çanaqqalada tutuldu

05.01.2024 17:32 70 baxış
IMG

Beynəlxalq axtarışda olan Nilufər Mirxanova Türkiyədə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 40 yaşlı özbəkistanlı qadın cinsi istismar niyyətilə insan alveri ilə məşğul olmaqda təqsirli bilinir. Onun Çanaqqala şəhərində yaşaması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri ilə o, yaşadığı Ayvacık qəsəbəsində ələ keçirilib. Onun Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Belarus əsilli qadınları aldadaraq, qanunsuz yollarla Türkiyəyə gətirdiyi və burada onları cinsi istismar üçün ayrı-ayrı şəxslərə satdığı müəyyənləşib. Məlum olub ki, cinayətkar qadın bu yolla ayda 1 milyondan çox pul qazanırmış.

Həmçinin o da üzə çıxıb ki, Mirxanova Türkiyədə yaşamaq icazəsi almaq üçün burada sahibkar M.Ş. ilə evlənib. M.Ş. mediaya verdiyi açıqlamada arvadının qırmızı bülletenlə İnterpol tərəfindən axtarılmasından xəbəri olmadığını və yazda toy planladıqlarını bildirib.

Nilufər Mirxanova Özbəkistana ekstradisiya olunub. 

Xəbər lenti