IMG-LOGO

Arvadı boşandığı üçün bıçağı azyaşlı uşaqlarının ürəyinə SANCDI

19.11.2023 17:35 101 baxış
IMG

Udmurtiyada 29 yaşlı ata həyat yoldaşından boşandığı üçün yeddi yaşlı oğlu və üç yaşlı qızını öldürüb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, noyabrın 18-də səhər saatlarında təqsirləndirilən şəxs boşanma prosesinə görə həyat yoldaşına qarşı düşmənçilik zəminində bıçağı balaca uşaqlarının ürəyinə sancıb. Onlar sağ qalmayıblar.

Daniil S. daha sonra qaçsa da, meşədə yaxalanıb.

 

Xəbər lenti