IMG-LOGO

İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək

23 Dec 2025 17:36 5 baxış
IMG

Futbol üzrə İtaliya Superkuboku tezliklə ənənəvi formatına qayıdacaq.

"Report" xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Ezio Simonelli "Italia 1" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, növbəti mövsümdən etibarən yenidən A Seriyasının çempionu ilə İtaliya Kubokunun qalibi arasında tək matçda kubokun sahibi müəyyənləşəcək.

Qeyd edək ki, Superkubok 2023-cü ildən dörd komandalı formatda keçirilir. "Napoli" ötən gün "Bolonya"nı məğlub edərək titula sahib çıxıb.

Xəbər lenti