"Qarabağ"ın futbolçusu Marko Yankoviç onu qarşıda nələrin gözlədiyini görmək üçün səbirsizlənir.
"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.
Monteneqrolu oyunçu 2025-ci illə bağlı fikirlərini bölüşüb:
"Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Bu prosesdə görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".
Qeyd edək ki, Marko Yankoviçə bir sıra transfer təklifləri gəldiyi iddia olunur.