IMG-LOGO

"Bavariya"nın yarımmüdafiəçisi Avstriyada ilin ən yaxşı futbolçusu seçilib

23 Dec 2025 16:19 4 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Konrad Laymer Avstriyada ilin ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Yerli çempionatda iştirak edən klubların məşqçiləri arasında keçirilən səsvermədə 28 yaşlı Laymer 51 xal toplayıb.

İkinci yeri 2024-cü ildə bu mükafatı almış "Leyptsiq"in (Almaniya) üzvü Kristof Baumqartner (16 xal) tutub. Belqradın "Srvena Zvezda" (Serbiya) komandasının hücumçusu Marko Arnautoviç (15 xal) üçüncü olub.

Qeyd edək ki, Konrad Laymer ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 46 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib. O, komanda ilə Almaniya çempionluğunu qazanıb.

Xəbər lenti