IMG-LOGO

“Fövqəladə hallar könüllüləri” komandası “Zəfər Liqası”ının qalibi olub

23 Dec 2025 15:25 2 baxış
IMG
0 0

Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında “Zəfər Liqası” futbol turniri keçirilib.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Gənclər Fondu və AFFA-nın tərəfdaşlığı ilə təşkil olunmuş turnirdə müxtəlif könüllü, tələbə və gənclər təşkilatlarının üzvlərindən ibarət komandalarla yanaşı, “Fövqəladə hallar könüllüləri” futbol komandası da qüvvəsini sınayıb.

Gərgin mübarizə şəraitində keçən yarışda bütün rəqibləri üzərində inamlı qələbə qazanan fövqəladə hallar könüllülərindən ibarət komanda final mərhələsində “Bakı Dövlət Universitetinin könüllüləri” futbol komandası ilə qarşılaşıb. Rəqib komanda üzərində 3-1 hesabı ilə parlaq qələbə qazanan “Fövqəladə hallar könüllüləri” futbol komandası “Zəfər Liqası” futbol turnirinin çempionu adına layiq görülüb.

Qalib komandalar Gənclər Fondu və AFFA tərəfindən kubok və medallarla təltif edilib.

İdman xəbərləri

Xəbər lenti