IMG-LOGO

Müğənni Zeynəbi efirə çıxartmadılar: 800 manatı BATDI

23 Dec 2025 16:01 2 baxış
IMG
0 0

Azərbaycanda verilişə çıxmaq istəyən müğənniyə qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, müğənni kimi fəaliyyət göstərən Zeynəb televiziyada qonaq olmaq üçün klip çəkən tanışına müraciət edib. Tanışı onu Sumqayıt şəhərində yerləşən “Dünya” TV-də yayımlanan efirə çıxaracağına söz verib.

İttiham aktına görə, 31 yaşlı Fikrət Əkbərov (ad və soyad şərtidir) bunun üçün Zeynəbdən 800 manat pul istəyib. Müğənni də Sabunçu rayonu ərazisində yerləşən “Aygün Mall” ticarət mərkəzindəki supermarketin ödəmə terminalı vasitəsilə Fikrətin bank kartına 800 manat pul göndərib. Lakin həmin pulu öz ehtiyaclarına sərf edib. Aldandığını başa düşən Zeynəb hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə Fikrət saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi başlanıb.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə Fikrət Əkbərova 1000 manat məbləğində cərimə cəzası verilib.

Efirə çıxan müğənnilər Sabunçu rayon Məhkəməsi Dünya TV müğənniyə dələduzluq

Xəbər lenti