2019-cu ildə Ole Qunnar Sulşer "Mançester Yunayted"ə üç oyunçu təklif etdiyini iddia edib: Erlinq Haaland, Cud Bellinqem və Deklan Rays.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o vaxtlar Haaland "Zalsburq", Bellinqem "Birminem"də oynayırdı və Rays artıq "Vest Hem"də xüsusi fərqlənirdi.
Üçü də gənc, əlçatan və indiki qədər bahalı deyildi. Lakin klub fərqli bir yol seçib.
Bunun əvəzinə, "Mançester Yunayted" o dövrün məşhur adlarına üstünlük verib: Kriştiano Ronaldo, Donni van de Bek, Rafael Varan və Ceydon Sanço.
Bu gün fərqlər çox böyükdür. Haaland dünyanın ən yaxşı hücumçularından biridir, Bellinqem “Real”da liderdir və Rays “Arsenal”da əsas oyunçudur. “Mançester Yunayted” isə hələ də istiqamət və dəstək axtarır.
Ole Qunnar Sulşer "Mançester Yunayted" Erlinq Haaland Cud Bellinqem Deklan Rays