IMG-LOGO

Həmyerlisinin yerinə imtahana girən azərbaycanlı belə cəzalandırıldı

23 Dec 2025 10:14 4 baxış
IMG
0 0

Rusiyanın Blaqoveşensk Rayon Məhkəməsi Azərbaycan vətəndaşını xarici vətəndaşların Rusiya Federasiyasında qanunsuz qalmasının təşkilinə görə məhkum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2024-cü ilin noyabrında o, həmyerlisinə rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları üzrə test imtahanından keçməyə kömək etmək üçün dələduzluğa əl atıb. Məlum olub ki, təqsirləndirilənin tanışı rus dilini və miqrasiya qanunvericiliyinin tələblərini kifayət qədər yaxşı bilmirmiş.

Amur Dövlət Universitetinin (AmGU) Çiqiri kəndində yerləşən test mərkəzinin girişində olan azərbaycanlı tanışının pasportunu götürərək, binaya daxil olub və onun adı ilə tələb olunan imtahanı verib.

Məhkəmə iclasında kişi günahını inkar etməyib və peşman olduğunu bildirib. Bu hal, eləcə də təqsirləndirilənin səhhəti yüngülləşdirici amillər kimi nəzərə alınıb. Nəticədə Azərbaycan vətəndaşı təqsirli bilinərək 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sınaq müddəti də 2 il təşkil edir.

Bu müddət ərzində məhkumun nəzarət orqanı ilə razılaşdırmadan yaşayış yerini dəyişməsi qadağandır, həmçinin o, hər ay qeydiyyat üçün müvafiq quruma müraciət etməlidir.

Hadisələr

Xəbər lenti