IMG-LOGO

FIFA yeni texnologiyanı sınaqdan keçirir

23 Dec 2025 09:43 3 baxış
IMG

FIFA topun meydanın hüdudlarını tərk edib-etmədiyini müəyyənləşdirməyə imkan verən yeni texnologiyanı sınaqdan keçirir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu yenilik "Out of Bounds" adlanır.

Bu, Qətərdə təşkil olunan Qitələrarası Kubokda üç oyunda sınaqdan keçirilən texnologiyalar seriyasından biridir.

Bundan əlavə, FİFA ofsaydların görüş xətti üzrə müəyyənləşdirilməsini daha sürətli və aydın etmək üçün "Real-time 3D Recreation" texnologiyasının istifadəsini genişləndirib. Video köməkçi hakim (VAR) və televiziya tamaşaçıları üçün əlçatan olan iki virtual yayım mövcuddur ki, bunlar hər iki qapıçının perspektivini əks etdirir.

Yeniliklərin ölkə çempionatlarında da əlçatan olub-olmayacağı məlum deyil.

Xəbər lenti