IMG-LOGO

Azərbaycanda tələbə qızılcadan öldü

04 Jan 2024 17:01 151 baxış
IMG

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Lent.az-ın məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kurs tələbəsi olub. /Report

Mənbə: lent.az

Xəbər lenti