İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.
Mənbə: report.az