IMG-LOGO

17 yaşlı ana 1 yaşlı qızını amansızlıqla öldürdü

04.01.2024 15:10 78 baxış
IMG

Moskvada mənzillərdən birinin eyvanında 1 yaşlı qız meyiti tapılıb. Uşağın ölümündə şübhəli bilinən onun 17 yaşlı anası saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Karamzin keçidində yerləşən yaşayış binasında baş verib. Cinayət haqqında məlumatı körpənin nənəsi verib. Yaşlı qadın bildirib ki, bir neçə gün əvvəl nəvəsi çimərkən boğulub, bundan sonra o, və uşağın anası meyiti balkona aparıblar.

Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, dindirmə zamanı uşağın anası etiraf edib ki, uşağı çimizdirərkən qızı zorla suyun altında saxlayıb, nəticədə o, boğulub.

Yeniyetmə ananın daha bir azyaşlı uşağı olduğu da məlum olub. Hazırda araşdırmalar davam edir.

Xəbər lenti