"Napoli" finalda "Bolonya"nı 2:0 hesabı ilə məğlub edərək, İtaliya Superkubokunun qalibi olub.
"Report" xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib, həlledici görüş Ər-Riyadın "Al-Avval Park" stadionunda baş tutub. Oyunu baş hakim Andrea Kolombo idarə edib.
Hesabı 39-cu dəqiqədə hücumçu David Neres açıb. Neres ikinci hissənin 57-ci dəqiqəsində dubl edib.
İtaliya Superkubokunun yarımfinalında "Napoli" "Milan"ı 2:0 hesabı ilə məğlub edib, "Bolonya"isə "İnter"dən güclü olub (penaltilərdə 1:1, 3:2).
Qeyd edək ki, Superkubokda qələbələrin sayına görə rekordçu Turinin "Yuventus" komandasıdır. "Yuventus" İtaliya kubokunu 9 dəfə qazanıb.